İranın İsrailin hərbi obyektlərinə son raket hücumu İsrailin xeyli sayda F-35 qırıcısının məhv edilməsi ilə nəticələnib.
Viral.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müşaviri briqada generalı İbrahim Cabbari bugünkü mətbuat konfransında deyib.
İbrahim Cabbari iddia edib ki, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.
Son Yazılar:
- Makron son dərəcə paranoyak olub
- Mozambikdə “Şido” qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatdı
- Husilər ABŞ-nin təyyarədaşıyan qrupuna hücumlar təşkil etdiklərini açıqldılar
O əlavə edib ki, raket hücumu zamanı SEPA paralel olaraq İsrail rejiminin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron mübarizə əməliyyatları həyata keçirərək, raketlərin öz hədəflərini vurmasına şərait yaradıb:
“İranın ballistik raketləri İsrailin kritik bazalarını və F-35 qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, bu hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib”.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin heç bir zərər çəkmədiyini və F-35 qırıcılarının birinin də vurulmadığını açıqlamışdı.