Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
Viral.az məlumatına görə, sonuncu matçda “Sumqayıt” doğma meydanda “Şəki”ni qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 89:66.
Son Yazılar:
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
- Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri AÇIQLANDI
- Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə GÖRÜŞDÜ
B qrupunda xallarının sayını 14-ə çatdıran “Şəki” lider “Gəncə”yə çatıb. “Gənclik şəhəri” təmsilçisi 10 xalla sonuncu-altıncı sıradadır.
Günün ilk görüşündə “Ordu” “Gəncə”ni məğlub edib – 79:77.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında “Neftçi” NTD-ni (81:68), “Sərhədçi” “Naxçıvan”ı (86:65), “Sabah” “Abşeron”u (94:71), “Quba” isə “Lənkəran”ı (89:60) məğlub edib.