“Aldadıb beh almışdılar…” – Telli Borçalının adından DƏLƏDUZLUQ

Aşıq Telli Borçalıya qarşı dələduzluq edilib. 

Viral.az xəbər verir ki, o, bu barədə aparıcı Nanə Ağamalıyevanın “ATV”də yayımlanan verilişində deyib. 

“Nə “İnstaqram”ım var, nə də “Feysbuk”um. Heç bir sosial şəbəkələrdə yoxam. Camaat bir-birinə dəydi ki, heç olmasa “Votsap” aç, bəlkə, şeir göndərərik. Sosial şəbəkələrdə nə baş verir, xəbərim belə yoxdur. Mənim adımdan sosial şəbəkələrdə istifadə edilir. Yazırlar ki, “Tellinin şəxsi səhifəsi”. Sən kimsən axı? Hətta həmin şəxsə səs yazısı da göndərmişik. Cavab verməyib. Deyirlər ki, Telli, sənə “İnstaqram”da yazmışdıq. Deyirəm, nə “İnstaqram”, nə “Tik Tok”? Bir nəfər hətta ağladı. Ona deyiblər ki, Tellinin prodüseriyəm, toy üçün beh alıblar. Adam da mənə deyir ki, səni ayın 9-u toya dəvət etmişik. Mən də deyirəm ki, həmin vaxt Goranboyda toydayam. Dedi ki, onunla danışan şəxsin nömrəsi də yoxdur, hamısını bağlayıb. Demişəm, bununla məşğul olacaqlar”, – o bildirib (pravda.az). 

Son Yazılar: