ABŞ prezidenti Co Bayden İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək.
Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer rəsmi saytında dərc olunan bəyanatında bildirib.
“Prezident Bayden G7 liderlərinin İtaliyada keçiriləcək sammitində iştirak edəcək. O, G7 liderləri ilə bir sıra ən aktual qlobal problemləri, o cümlədən assosiasiyanın Ukraynaya dəstəyini müzakirə edəcək”, – bəyanatda deyilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Jean-Pierre həmçinin əlavə edib ki, G7 üzvləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə səylərini müzakirə edəcəklər.
İtaliyanın sədrliyi ilə keçiriləcək G7 liderlərinin görüşü iyunun 13-dən 15-dək ölkənin cənubundakı Puglia bölgəsində baş tutacaq .
(redaktor.az)