İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin keçmiş oyunçusu Ronaldinyo ABŞ klubu “Qrinvil Triumf”un səhmdarı olub.
Viral.az xəbər verir ki, Cənubi Karolina təmsilçisi 2018-ci ildə yaradılıb və ABŞ-nin III Liqasında çıxış edir.
44 yaşlı keçmiş yarımmüdafiəçi futbolun inkişafına dəstək üçün belə addım atdığını bildirib.
Son Yazılar:
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
- Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə EDİBLƏR
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə karyerasını başa vurub. O, Braziliyada “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Fluminense”, Fransada PSJ, İspaniyada “Barselona”, İtaliyada “Milan” və Meksikada “Queretaro” klublarında forma geyinib.