Mütəxəssislər tomat pastası olan yeməklərə duz əlavə edilməməsi barədə xəbərdarlıq edirlər.
Viral.az Medicina.az-a istinadən xəbər verir ki, tomat pastası yeməklərin əvəzolunmaz hissəsidir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir.
Bununla belə, tomat pastasından istifadə edərkən diqqətli olmaq lazımdır.
Son Yazılar:
- Yeni müalicə metodu kəşf edildi
- İnsultun yaxınlaşmasının xəbərçisi olan ƏLAMƏT
- Əmr verəcəm ki, Dəmir Qübbənin istehsalına başlasınlar
Türkiyəli mütəxəssis Çankırı İl Sağlamlıq Müdiri Dr. Hüseyn Sarıkaya hipertoniya və ürək xəstələrinin duz qəbulu haqqında məlumat verib.
Tomat pastası istehsalında istifadə edilən çox miqdarda duzun sağlamlığı ciddi şəkildə təhdid etdiyini söyləyən Dr. Sarıkaya, tərkibində tomat pastası olan yeməklərə heç vaxt əlavə duz əlavə edilməməli və miqdarına maksimum diqqət yetirilməli olduğunu vurğulayıb.
“Gündəlik duz miqdarı 5 qramı keçməməlidir. Tomat pastasının hazırlanmasında istifadə edilən duz sağlamlığı ciddi şəkildə təhdid edir. Ürək və təzyiq xəstələri, damar xəstəlikləri olanlar, ağciyər və böyrək xəstələri, duzsuz pəhriz saxlayanlar, duzu yüksək olan ev pastası istifadə edənlər diqqətli olmalıdırlar. Tərkibində tomat pastası olan qablara heç vaxt əlavə duz vurulmamalı, miqdarına çox diqqət yetirilməlidir”.