“Böyükşor-Pirşağı” avtomobil yolunun inşası layihəsi çərçivəsində layihələndirilən avtomobil yolunun “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” yüksək təzyiqli magistral qaz kəməri ilə kəsişməsində aparılacaq rekonstruksiya işləri səbəbindən qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar 05.06.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “I Zabrat” QPS-dən qidalanan “Zabrat 1” və “SOCAR PETROLEUM” QSC-yə məxsus YDM ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, həmçinin Suraxanı rayonu, “Qaraçuxur” QPS-də 2 ədəd siyirtmənin və 1 (bir) ədəd RDO tipli tənzimləyicinin quraşdırılması və Sabunçu rayonunun Ramana kəndini təbii qazla təmin edən qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması məqsədilə 05.06.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Balaxanı, Zabrat, Bakıxanov qəsəbələrinin bir hissəsinin, Ramana kəndinin, Suraxanı rayonu üzrə isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.