Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayev vaxtından əvvəl azadlığa buraxılıb.
Viral.az xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə bununla bağlı qərar qəbul edilib.
Qərara əsasən, Məhəmməd Musayev cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzarə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
Qeyd edək ki, sabiq icra başçısı və Kürdəmir rayonunun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunub.
Son Yazılar:
- Onlar Türkiyənin ən varlı müğənniləridir
- Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ÖLDÜ
- Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ÖTDÜ
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlər şəxslərin cəzasını isə 5 il 6 aya endirib.
Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirib.
Sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.