Azərbaycanın cüdoçusu Acelya Toprak (57 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”nin ilk günündə bürünc medal qazanıb.
Viral.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Flaka Lojaya (Kosovo) qalib gələn təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bu gün tatamiyə çıxan 5 idmançımız isə mükafatsız qalıb.
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
- Valideynlərin nəzərinə: Noyabrın 25-dən BAŞLAYIR
- Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı
Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).
Qeyd edək ki, turnir oktyabrın 12-də başa çatacaq.