ABŞ Prezidenti Co Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib.
Viral.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Bayden İsrail rəhbərliyinə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin kontingentinə hücum ehtimalını istisna etmək tələbi ilə müraciət edib.