“Deyə bilərəm ki, Ermənistanın Azərbaycana, ümumiyyətlə, region ölkələrinə qarşı heç bir təcavüzkar niyyəti yoxdur”.
Viral.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Sülh qovşağı” konfransındakı çıxışında deyib.
“Biz bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq”, – Paşinyan əlavə edib.
Son Yazılar:
- Leysan yağacaq, duman olacaq – Sabahın HAVASI
- İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi
- Zümrüd Yağmur axtarışa VERİLDİ
Baş nazirin sözlərinə görə, Ermənistan faktiki olaraq bu xətti davam etdirəcək:
“Heç bir qonşumuz da bizim aqressiv niyyətlərimizin mövcudluğundan şübhələnməsin”.
Paşinyan bildirib ki, rəsmi İrəvan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırdır.