“Liverpul”un ulduzu karyerasını bitirdi

“Liverpul”un ulduz futbolçusu karyerasını başa vurduğunu açıqlayıb. 

Viral.az xəbər verir ki, Joe Matip futbolla vidalaşıb. Premyer Liqa klubu sabiq oyunçusu ilə bağlı paylaşım edib.

Matip daha öncə “Veitmar”, “Bohum”, “Şalke” kimi komandalarda çıxış edib. “Şalke”nin heyətində 1 dəfə Almaniya kubokunu və Almaniya Super kubokunu başı üzərinə qaldırıb.

Son Yazılar:

2016-cı ildən “Liverpul”da forma geyinən futbolçu 1 dəfə Çempionlar Liqasının, UEFA Super Kubokunun, Premyer Liqanın, ölkə kubokunun və İngiltərə Super Kubokunun qalibi olub. O, “qırmızılar”la 201 matça çıxıb, 11 qola və 6 məhsuldar ötürməyə imza atıb.