Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal QAZANDI

Azərbaycanın bir cüdoçusu cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.

Viral.az-ın məlumatına görə, Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

Rəşid Məmmədəliyev bürünc mükafat uğrunda görüşdə uduzub.

Son Yazılar:

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, “Böyük Dəbilqə” oktyabrın 13-də başa çatacaq.