Sloveniya Fələstinin müstəqilliyini tanıdı

Sloveniya parlamenti Fələstinin müstəqilliyini tanıyıb.

 

Viral.az məlumatına görə, bu barədə Sloveniyanın “RTVSLO” televiziya və radio şirkəti xəbər verib.

Son Yazılar:

 

Məlumata əsasən, hakim koalisiyadan iştirak edən 53 deputatdan 52-si Fələstin dövlətinin müstəqilliyinin tanınmasının lehinə çıxış edib. İclasda müxalifət nümayəndələri iştirak etməyiblər.

 

Sloveniya BMT-nin 147-ci dövləti və Fələstini tanıyan onuncu Avropa İttifaqı ölkəsi oldu.

 

Səsvermədən əvvəl bir sıra prosedur məsələlərin geniş müzakirəsi aparılıb, müxalifətdən olan deputatlar prosesi ləngitməyə cəhd ediblər.