FHN Hacıqabulda 11 nəfəri təxliyə etdi

İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Son Yazılar:

Həmçinin, nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.