Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidənqurulması başa çatdırılaraq istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.

 

Viral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 5 iyun – Su təsərrüfatı və meliorasiya günü münasibətilə AZƏRTAC üçün məqaləsində bildirib.

Son Yazılar:

 

“Bu ərazilərdəki mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün su təsərrüfatı və meliorasiya obyektlərinin təmir-bərpası və inkişafı üzrə Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri davam edir”, – deyə Zaur Mikayılov vurğulayıb.