Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə GETDİ

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Viral.az-a verilən xəbərə görə, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

Son Yazılar: