“Maxim” taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.
Bu barədə Viral.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.
“BELLFAST BAKU” MMC (“Maxim” taksi sifarişi operatoru) AYNA tərəfindən cərimələnib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.
Son Yazılar:
- İnsan bu yolla özünü və ətraf mühiti qoruyur: Piyada gəzməyin faydaları
- Səidə onun adını eşidib efirə gəlməkdən imtina edib
- “İnsanyuyan maşınlar” bu tarixdə təqdim olunacaq
Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.
Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər.