Azərbaycanın U-17 millisi yoldaşlıq oyunu KEÇİRDİ

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşü keçirib.

Viral.az xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz oktyabrın 14-də Avstraliya yığması ilə ikinci yoldaşlıq oyunu keçirəcək.

Son Yazılar: