Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
Viral.az xəbər verir ki, bu barədə “qafqazinfo” müvafiq sərəncama istinadən məlumat yayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd olunur ki, bu vəzifəyə Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
Abiddin Hüseynov 1977-ci ildə anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda həm bakalavr, həm də magistr təhsili alıb. Təhsilini Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsində davam etdirib.
O, əmək fəaliyyətinə 2000-ci ildən başlayıb. 2000-2010-cu illərdə Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2010-2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2013 – 2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyib.
2020 – ci ildən Ali Məhkəmənin hakimi idi. O, həmçinin Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Abiddin Hüseynov ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.