Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.
Viral.az-ın məlumatına görə, hazırda hesab bərabərdir – 1:1.
Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.
Son Yazılar:
- Yazıçı vəfat etdi – FOTO
- “Kartdan-karta” üsulu ilə işləyən 258 sahibkara maliyyə sanksiyası tətbiq EDİLDİ
- Bakıda söküntü bu ərazidən başlayacaq – AÇIQLANDI
20:47
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.
Viral.az-ın məlumatına görə, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar – 1:1.
Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.
20:38
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.
Viral.az-ın məlumatına görə, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib.
Toral Bayramov adını tabloya yazdırıb.
20:16
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.
Viral.az-ın məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.
Rahil Məmmədov avtoqol müəllifi olub.
20:00
UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan – Slovakiya oyunu başlayıb.
Viral.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.
Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.