İsrail ilk dəfə xristianlar yaşayan ərazini vurdu: 21 ölü

İsrailin son bir ildə ilk dəfə Livanın şimalına – əsasən xristianların yaşadığı əraziyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Viral.az xəbər verir ki, bu barədə Livan Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Qeyd edək ki, ŞAXAL-ın Livandakı əməliyyatlarının əsas hədəfi ölkənin cənubu, şərqdə Bekaa vadisi və Hizbullah qruplaşmasının məskunlaşdığı Beyrutun cənub ətrafları olub.

Son Yazılar:

Beyrutdan təxminən 100 kilometr şimalda, Hizbullahın əsas təsir zonalarından uzaqda yerləşən kəndə hücum məcburi köçkün ailələrinə kirayə verilən yaşayış binasına dəyib.