Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyinə görə tanınan siyasi aktivist Kemi Seba Parisdə polis tərəfindən saxlanılıb.
Viral.az APA-ya istinadla xəbər verir ki, polislər onu bu gün günorta saatlarında nahar etdiyi restoranda saxlayaraq özləri ilə aparıblar.
Bir müddət əvvəl Nigerin lideri Abdorahmane Tiani tərəfindən müşavir təyin olunan Kemi Seba Fransa hökumətinin müstəmləkə siyasətinə qarşı radikal çıxışları ilə tanınıb. Onun təyinatından sonra Niger Qərb ölkələri ilə diplomatik əlaqələri dayandrıb.
Son Yazılar:
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
- Məşhur sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
- Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı yola salındı
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib.