Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-ə olan məlumata görə, parlament seçkilərini müşahidə etmək üçün 64 beynəlxalq təşkilatı qeydiyyata alıb ki, bu da 2008-ci ildən bəri keçirilən bütün parlament seçkilərinin göstəricilərini üstələyib.
Viral.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Statistikaya görə, 2020-ci ildə parlament seçkilərini 48, 2016-cı ildə 55, 2012-ci ildə 61, 2008-ci ildə isə 62 beynəlxalq təşkilat müşahidə edib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Beynəlxalq müşahidə təşkilatlarının qeydiyyatı oktyabrın 22-dək davam edəcək. Müraciətlər və yoxlamalar başa çatdıqdan sonra MSK hər bir təşkilatdan olan müşahidəçilərin sayını öz səhifəsində dərc edəcək.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.