Bir neçə gündür Türkiyə və Rusiyada Antalya hava limanında dünyaya gətirdiyi körpəsini unitaza atan rusiyalı qadın gündəmə gəlib.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, 28 yaşlı Yekaterina Burnaskina körpəsini oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq gedib.
Körpə qız atıldıqdan 12 dəqiqə sonra təmizlik işçisi tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib. Nəticədə aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qadını saxlayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Bu gün məhkəmə qarşısına çıxarılan Y.Burnaskina etdiyi hərəkətə aydınlıq gətirib. O bildirib ki, uşağı dünyaya gətirdikdən sonra Türkiyədən getməyə cəhd göstərib.
Onun sözlərinə görə, artıqçəkili olduğundan hamilə olmasından xəbərsiz olub. Körpəni Türkiyədə qoyaraq getməyi isə ona anası təklif edib.
Yekaterinanın anası da məhkəmə qarşısına çıxarılacaq.