Rusiyadan Paşinyanın dəhliz çıxışına REAKSİYA

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup bu istiqamətdə böyük iş görüb. Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Zəngəzur vilayətindən tranzit olmaqla dəmir yolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırılıb.

Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

“Ona görə də, biz buna (üçtərəfli razılaşmalara – red.) alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, – XİN rəsmisi qeyd edib.

Son Yazılar: