Tovuzda şərab zavodundakı yanğın lokallaşdırıldı – FOTO

Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.

Viral.az xəbər verir ki, rayonun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.

Son Yazılar:

Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

10:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Viral.az apa.az-a istinadla xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

10:00

Tovuzda yanğın hadisəsi baş verib.

Viral.az apa.az-a istinadla xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Tovuzda şərab zavodu yanır - FOTO