“Azərbaycan Qarabağı daha da gözəlləşdirəcək”

Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək.

Viral.az xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuja Bakıda keçirilən “Yaşıl texnologiya və dayanıqlı inkişaf” mövzusunda “B2B Forum”da bildirib.

“Bu gün biz Azərbaycanın suverenliyini bir daha təsdiq edə bilərik. Ölkənizi təbrik edərək ona Qarabağın bərpasında uğurlar arzu edirik. Azərbaycanın bu regionu daha da gözəlləşdirəcəyinə əminliyimi ifadə etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərimizdə həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də mədəni mübadilə üçün yeni mərhələdir”, – deyə o qeyd edib.

Son Yazılar:

Bundan başqa, səfir ikitərəfli münasibətlər barədə danışıb, ölkəsinin Azərbaycanla çox gözəl və mehriban münasibətlərə malik olduğunu deyib. O, əlavə edib ki, Latviya prezidentinin Azərbaycan səfərini səbirsizliklə gözləyirlər: “Eyni zamanda, Azərbaycan Prezidentinin də ölkəmizə səfərini planlaşdırırıq. Çünki qarşılıqlı münasibətlərin inkişafı üçün bu səfərlərin çox böyük əhəmiyyəti var”.