Bakıda mağazadan 7 min manat oğurlandı: SAXLANILAN VAR

Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Viral.az  DİN-ə istinadla xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son Yazılar: