Rusiyada miqrantlara bu sahələrdə işləmək qadağan EDİLDİ

Rusiyanın Kamçatka diyarında miqrantlara 15 sahədə işləmək qadağan edilib.

Viral.az “Russia Today”ə istinadla xəbər verir ki, bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov Qərar imzalayıb. 

Qərar 2025-ci ildən qüvvəyə minəcək. 

Son Yazılar:

Sözügedən sahələrə isə əsas olaraq turizm, təhsil, qida və meşə ehtiyatlarının toplanması və hazırlanması, uşaq və dietik qida məhsullarının istehsalı və energetika daxildir. 

Bununla yanaşı, əcnəbi işçilərin taksi fəaliyyəti ilə məşğul olmasına qoyulan qadağa da qüvvədə qalıb. 

Bildirilir ki, qadağalar regionda patent üzrə fəaliyyət göstərən miqrantlara şamil edilir.

Qərar Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrdən (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya) gələn işçilərə aid edilməyəcək.