Rusiya Dövlət Duması “chiledfree” (uşaqsızlıq) təbliğatını qadağan edən qanun layihələrini birinci oxunuşda qəbul edib.
Viral.az xəbər verir ki, Dumanın bu gün keçirilən plenar iclasında 388 nəfər qanun layihəsinin lehinə səs verib.
Əleyhinə və bitərəf olmayıb.
Son Yazılar:
- Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif etdi
- Həftəsonu sürücülərin növbəti imtahanı olacaq
- Azərbaycanda 7 gün iş olmayacaq DƏYİŞDİRİLDİ
Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, qanun layihəsində söhbət konkret olaraq uşaq dünyaya gətirmə əleyhinə təbliğatın qadağan olunmasından gedir. “Uşaq sahibi olub-olmamaq isə qadının öz ixtiyarındadır. Bu barədə kiminlə məsləhətləşmək istədiyi isə yenə onun ixtiyarındadır. Amma qadın övlad sahibi olmaq qərarı verəndə ona təzyiq edən təbliğat olmamalıdır. Hazırda ABŞ və Avropada bu baş verir”, – deyə Rusiya parlamentinin aşağı palatasının spikeri vurğulayıb.