Doqquz ildən çoxdur, həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyev vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə təkrar müraciət edib.
Viral.az xəbər verir ki, məhkum Quliyev eyni qaydada-cəzasının əksər hissəsini çəkməsini və digər halları nəzərə alaraq şərti olaraq həbsdən azad edilməsini xahiş edib.
Onun müraciətinə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli baxıb.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Amma hakim məhkumun müraciətini yenə əsaslı hesab etməyib. Generalın həbsinin davamına qərar verilib.
Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. General külli miqdarda rüşvətalma, hədə-qorxu ilə tələbetmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlər ittihamı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib (qafqazinfo.az).