2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib.
Viral.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.
Qeyd edək ki, cari ilin sentyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard manata bərabər olub.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 316.4 milyon manat dəyərində məhsul istehsal edilib.