Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Viral.az verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 67 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Son Yazılar:
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
- Hizbullah İsrail qərargahına zərbə endirdi
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.