Heyvanlarla rəhmsiz rəftarı təbliğ edənlər bir ayadək həbs oluna bilərlər.
Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlarına təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Son Yazılar:
- limanlar idxal olunan avtomobillərlə dolub-daşdı
- Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ÖLDÜ
- Avropada ən populyar avtomobillər – ADLAR
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.