Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır.
“Aztelekom” MMC-dən Viral.az-a bildirilib ki, “Aztelekom” ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir.
Məlumata görə, “Aztelekom”un “Onlayn Azərbaycan” layihəsi çərçivəsində gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. Şirkətin Baş direktoru vəzifəsini icra edən T. Pirverdiyevin idarəçiliyi altında layihənin əsas mərhələləri planlaşdırılan vaxtdan əvvəl tamamlanıb təhvil verilib.
Son Yazılar:
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, “Aztelekom”un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılacaq.