Bu il Azərbaycanda keçiriləcək COP29-u dəstəkləyirik.
Viral.az xəbər verir ki, bunu Braziliya Federal Hesablar Məhkəməsinin naziri Xorxe Oliveira “Dövlət Borcunun qlobal çağırışlarına cavab” mövzusuna həsr olunan tədbirdə deyib.
Son Yazılar:
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
- Hizbullah İsrail qərargahına zərbə endirdi
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
O bildirib ki, INTOSAI-ın platformaya çevrilməsi üçün çox işlər görülüb, əməkdaşlıq əlaqələri qurulub.
“Maliyyə böhranı ilə daha effektiv mübarizə aparmaq üçün dayanıqlı iqtisadiyyat qurmaq önəmlidir və bunun üçün də fiskal bərabərlik yaranmalıdır. Hər bir ölkənin fiskal borclarını düzgün idarə etmələri, düzgün valyuta və fiskal siyasətlərini qurmaları mühüm əhəmiyyət kəsb edir. Fiskal idarəetmə və bizim hər bir üzv dövlətimizin ərazisində fiskal dayanıqlılığın əldə olunması üçün əməkdaşlıq vacibdir və bu sahədə islahatlar həyata keçirilməlidir”, – deyə Xorxe Oliveira vurğulayıb.