Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib. “BakıKart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.
Viral.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə onun köklü həllinə gedilib.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Bundan başqa, mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırılması nəzərdə tutulub.
Sərnişinlər isə ümid edir ki, onların əvvəlcədən ödədikləri vəsaitləri qısa vaxt ərzində geri qaytarılacaq.