Şolts Ərdoğanla görüşmək üçün Türkiyəyə GƏLDİ

Almaniya Kansleri Olaf Şolts İstanbula rəsmi səfər edib.

Viral.az “TRT Haber”ə istinadla xəbər verir ki, Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Tərəflərin ikitərəfli münasibətlər, eləcə də dünyada hazırda gündəmdə olan mövzuları müzakirə edəcəyi gözlənilir.

Son Yazılar:

Görüşdən sonra birgə mətbuat konfransı baş tutacaq.