Nazirlər Kabineti “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları”nı təsdiqləyib.
Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qərara əsasən, iqtisadi fəaliyyətin hər növü üzrə bir texniki komitə yaradılacaq.
Texniki komitənin fəaliyyətinin təşkili və istiqamətləri, eləcə də onun sədrinin, müavininin, katibinin və üzvlərinin funksiyaları, kargüzarlığın aparılma qaydası, altkomitələrin yaradılması və onların fəaliyyətinin təşkili qaydası, həmçinin illik iş planının hazırlanması və razılaşdırılması proseduru müvafiq dövlət standartı və texniki komitənin əsasnaməsi ilə müəyyən edilir.
İş planının layihəsinə aşağıdakı məlumatlar daxil edilir:
– standartın beynəlxalq təsnifat kodu;
-standartın işlənilib hazırlanması üçün əsas;
– dövlət standartının və ilkin dövlət standartının layihələrinin adı;
– əsas normativ baza;
– işin yerinə yetirilməsi müddəti;
– maliyyə mənbəyi;
– sifarişi verən təşkilat;
– dövlət standartının potensial istifadəçiləri;
– təşəbbüslə çıxış edən şəxslər tərəfindən nəzərdə tutulan digər məsələlər.