Şahmatçılarımız qələbə qazana bilmədilər

Qazaxıstanda şahmat üzrə “Pavlodar Open” turniri davam edir.

Viral.az xəbər verir ki, Azərbaycan şahmatçıları 7-ci turu qələbəsiz başa vurub.

Misrəddin İsgəndərov yerli şahmatçı Denis Maxnevlə heç-heçə edib.

Son Yazılar:

Vüqar Rəsulov isə Qazaxıstanın digər təmsilçisi Azamat Uteqaliyevə məğlub olub.

İsgəndərov 5 xal toplayaraq 13-cü, Rəsulov isə ondan 1 xal geri qalaraq 29-cu pillədə qərarlaşıb. (Offsideplus.az)