Məşhur bolid hərraca çıxarıldı

“Ferrari” komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid (yarış avtomobili) hərraca çıxarılıb.

Viral.az xəbər verir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

Bolidin 15 milyon ABŞ dollarına satıla biləcəyi gözlənilir. Şumaxer bu avtomobillə 2006-cı ildə yarışıb və beş yarışı qazanıb. Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək.

Son Yazılar:

Qeyd edək ki, 55 yaşlı Şumaxer “Formula 1” üzrə çempionluq rekordunun həmsahibidir: o və britaniyalı Lyuis Hemilton 7 dəfə çempionluq yaşayıblar. Ümumi yarış qələbələrinin sayına görə isə Şumaxer (91) yalnız Hemiltondan (105) geri qalaraq ikinci yerdədir. Almaniyalı pilot 1996-2006-cı illərdə “Ferrari”nin şərəfini qoruyub və komanda ilə 5 titul qazanıb.