Dünən İspaniyanın şimalında İŞİD terror təşkilatına mənsub olmaqda şübhəli bilinən iki şəxs həbs edilib.
Viral.az xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində tutulublar.
Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, o cümlədən zorakılıq və terrorizmi dəstəkləyən mesajlar yazaraq diqqəti cəlb ediblər.
Son Yazılar:
- Quranı yandıran Juravelə hökm OXUNDU
- Azərbaycanda “TikTok”dan belə istifadə edən şəxslərə cinayət işi açılacaq – RƏSMİ
- “Lion”un baş məşqçisi “Qarabağ”la oyunda heyətdə rotasiya edə bilər
İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.