“YUKOS EP” şirkətinin korporativ idarəetmə üzrə keçmiş vitse-prezidenti Mixail Roqaçev Moskvada ölü tapılıb. İlkin məlumata görə, o, pəncərədən yıxılıb.
Viral.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.
64 yaşlı Mixail Roqaçevin meyiti saat 8.30 radələrində yaşadığı Protopopovskidəki evin həyətində tapılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Son Yazılar:
- Media çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan ETDİ
- MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan ETDİ
- Bakıda və bölgələrdə leysan olacaq – XƏBƏRDARLIQ
Nəşr bildirib ki, onun intihar etdiyi ehtimalı var:
“Onun səhhətində, o cümlədən əsəblərində ciddi problemlər var idi. İntihardan əvvəl yazdığı qeydində iş adamı həkimləri danlayıb və həyat yoldaşı ilə vidalaşıb”.
Mixail Roqaçev 90-cı illərdə “Yukos” korporasiyasında rəhbər vəzifələrdə çalışıb. Daha sonra o, ONEXIM qrupunun icraçı direktoru, “Norilsk Nikel” dağ-mədən və metallurgiya şirkətinin baş direktorunun müavini olub.