Paşinyan növbəti dəfə lağlağı obyekti oldu  

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə lağlağı obyektinə çevrilib.

Viral.az xəbər verir ki, Nikol Paşinyanın sosial şəbəkədə onunla velosiped sürməyi təklif etməsi insanlarda istehza doğurub.

Paşinyan səhər tezdən velosiped sürmək üçün o, dörd şərt irəli sürüb:

Son Yazılar:

“Tez-tez demirəm, amma vaxtaşırı bunları edirəm. Kim qatılmaq istəsə, məmnuniyyətlə təşkil edəcəm. Amma qoşulmaq üçün dörd şərt var: birinci – velosipedə sahib olmaq, ikinci – marşruta mən qərar verirəm, bu addımı üçüncü – siyasiləşdirməmək, dördüncü saat 7-də geri qayıtmaq, çünki iş günü başlayır”.

“Əgər qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi və velosipedlə şəklinizi [email protected] ünvanına göndərin”, – Paşinyan Facebook-da yazıb.

Baş nazirin vətəndaşlara yönəlik bu çağırışı əleyhdarlarının əlinə yeni fürsət verib və onlar dərhal Paşinyanı tənqi atəşinə tutmağa başlayıblar.