NATO müttəfiqini qorumaq zərurəti yaranarsa, ABŞ Rusiyaya qarşı hərbi güc tətbiq etməyə hazırdır.
Viral.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri (2011-2013) Leon Panetta deyib.
Onun sözlərinə görə, Vladimir Putinin anladığı yeganə dil gücdür. Ona görə də Moskva ilə danışıqlar aparmaq üçün güc tətbiq etmək lazımdır:
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
“Ona başa salmalıyıq ki, biz heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Bu, Kiyevi qabaqcıl silahlarla təmin etmək, Rusiyadakı hədəfləri vurmaq imkanı – dronları və raketləri Ukrayna torpaqlarına hücum etməmişdən əvvəl məhv etmək deməkdir. Onlar Ukraynaya İsrailin istifadə etdiyi Dəmir Qübbənin ekvivalentini verməlidirlər”.