“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətən müharibəsinin 18 yaşlı şəhidləri” adlı layihənin icrasına başlayıb.
İctimai Birlikdən Viral.az-a verilən məlumata görə, layihə cari ilin iyun-iyul-avqust aylarında həyata keçiriləcək. Layihə çərçivəsində Vətən müharibəsində şəhid olmuş 29 gənc haqda dolğun məqalələr hazırlanaraq, ölkənin aparıcı KİV-lərində yerləşdiriləcək.
“Məqsəd Vətən müharibəsinin 18 yaşlı şəhidlərinin keçdiyi döyüş yoluna işıq salmaq, onları gənc nəsilə tanıtmaqdır”,- deyə İctimai Birlikdən bildirilib.
Son Yazılar:
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
Qeyd olunub ki, layihə ölkənin bütün regionlarını əhatə edəcək.