Gürcüstanda parlament seçkilərinə 6 gün qalmış müxalifət tərəfdarları ölkənin Avropa Birliyinə inteqrasiyasına dəstək məqsədilə paytaxt Tiflisdə yürüş keçirirlər.
Viral.az xəbər verir ki, əllərində Gürcüstan və Avropa Birliyinin bayraqları olan mindən çox paytaxt sakini “Gürcüstan Avropa Birliyini seçir” adlı yürüş keçirir.
“Seçkiyə gəlin” plakatları ilə keçirilən aksiyada iştirakçılar paytaxtın mərkəzinə, Azadlıq meydanına getməyi planlaşdırır.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.
***
Gürcüstan Prezidenti Salome Zurabişvili də mitinqdə iştirak edir.
Bildirilir ki, prezident mitinq təşkilatçılarının çıxış etdiyi səhnə qarşısında dayanıb. O, mediaya açıqlama verməyib.