İranda prezident seçkiləri üçün qeydə alınanların sənədləri yoxlanılır

İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sənədləri yoxlanılır.

Viral.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, prezidentliyə namizədliyini irəli sürənlərin sənədlərinin yoxlanılması üçün Mühafizə Şurasına 7 gün vaxt verilib.

1 keçmiş prezident, 1 keçmiş parlament sədri, 38 keçmiş və indiki deputat, 13 keçmiş nazir və 3 hazırkı nazir olmaqla 80-dən çox adamın namizədliyi irəli sürülüb. Qeydə alınanlar arasında 4 qadın da var.

Son Yazılar:

Prezidentliyə namizədləin yekun siyahısı iyunun 11-də elan olunacaq.

Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Seçkinin qalibi helikopter qəzasında həlak olan İbrahim Rəisini əvəz edəcək.