Jan Klod Van Dammın Qəbələdəki heykəli GÖTÜRÜLDÜ

Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli götürülüb.

Viral.az xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat.az-a kəndin bələdiyyə sədri Asif Həşimov təsdiqləyib.

Onun sözlərinə görə, heykəlin götürülməsi yol çəkilişi ilə əlaqədardır: “Respublika əhəmiyyətli yolun tikintisi ilə əlaqədar olaraq, heykəl oradan götürülüb. Çünki abidə yolun qoruma zolağında yerləşirdi. Buna görə də həmin ərazidən götürülüb və mühafizə olunan yerdə qoyulacaq”.

Son Yazılar:

Qeyd edək ki, Vəndam kəndində məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılıb. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Hollivud ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün feysbuk səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib. 

Məlumat üçün onu da bildirək ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. Cütlüyün izdivacı Azərbaycan ictimaiyyətində böyük marağa səbəb olub.